Modern.az

Cəbrayılda ərlə arvad qəzaya düşdü - Qadının boynu sındı

Cəbrayılda ərlə arvad qəzaya düşdü - Qadının boynu sındı

Hadisə

26 İyul 2023, 08:12

Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cu il təvəllüdlü Xudiyev Vidadi Cama oğlu və onun həyat yoldaşı, 1976-ci il təvəllüdlü Xudiyeva Pərvanə Əhməd qızı xəsarət alıb.

 

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər