Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Müdafiə Nazirliyinin müraciətinə əsasən, Azərbaycan Respublikasının ali hərbi məktəblərinə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edir. Müsabiqədə I, II və III ixtisas qrupları üzrə mülki ali məktəblərə keçirilən test imtahanlarında iştirak etmiş və ümumi balı 150 və daha yüksək olan yalnız Azərbaycan bölməsinin abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 2013-cü il iyulun 31-dən avqustun 6- dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18, əlaqə telefonu: 479-78-40) təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqə nəticəsində ali hərbi məktəblərə qəbul olanlar mülki ali məktəblərin müsabiqəsində iştirak etmək hüququnu itirirlər.
Modern.az