Modern.az

Qarabağ kanalında batan gəncin meyiti tapıldı

Qarabağ kanalında batan gəncin meyiti tapıldı

26 İyul 2023, 09:16

Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, ötən gün gecə saatlarında 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu