Modern.az

Milli Şuranın sammiti AXC-nin elan olunduğu binada keçiriləcək - FOTOLAR

Milli Şuranın sammiti AXC-nin elan olunduğu binada keçiriləcək - FOTOLAR

Təhsil

30 İyul 2013, 18:02


Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu gətirən Moskva-Tiflis uçağı artıq Tiflisə çatıb. Yaxın 1 saatda Milli Şura sədrinin toplantı keçiriləcək Vere Palas otelinə gələcəyi gözlənilir. Modern.az-ın məlumatına görə, bu barədə “Yeni Müsavat”a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov danışıb. Onun sözlərinə  görə, otel rəhbərliyi ilə aparılan danışıqlardan sonra Milli Şuranın yığıncağının Vere Palas-da keçirilməsi qərara alınıb.

  Onu da bildirək ki, Milli Şura üzvləri Tiflis toplantısını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi zalda keçirmək istəsələr də, Gürcüstanın hökumət qurumları bunun üçün rəsmi müraciət istəyib:
“İndi həmin bina muzey kimi istifadə olunur. Biz bu gün Milli Şura sədri Rüstəm İbrahimbəyovun imzası ilə gərəkli müraciəti ünvanına çatdıracağıq. Böyük ehtimalla sabah Milli Şura üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixi binada toplantı keçirəcək”.

***

Son məlumata Rüstəm İbrahimbəyov artıq Milli Şura üzvlərilə birlikdədir...









Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım