Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Tiflisdə iclasın keçiriləcəyi otelə gəlib. Modern.az bildirir ki, bu barədə AXCP-nin mətbuat katibi Natiq Adilov məlumat verib. Tiflisə Moskvadan təyyarə ilə gələn R.İbrahimbəyov birbaşa otelə gəlib.
Hazırda Milli Şuranın iclasının keçirilməsinə hazırlıq gedir.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Şura İcra Aparatın rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Milli Şuranın komissiya sədrləri Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Liberal Partiyasının nümayəndəsi Eldar Muradov, seçki qərargahının üzvü Köçəri Nağıbəyli daxildir.
***
Artıq Milli Şuranın iclası başlayıb... Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Görüşdən sonra mətbuata açıqlama veriləcək. Toplantıda Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcək.
Modern.az