Modern.az

Birləşən qurumlara kim rəhbərlik edəcək? - AÇIQLAMA

Birləşən qurumlara kim rəhbərlik edəcək? - AÇIQLAMA

Mədəniyyət

26 İyul 2023, 11:52

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsinə qərar verilib. Eyni fəaliyyətlə məşğul olan iki ittifaqın birləşməsi təklifi Rasim Balayevdən gəlib. Şəfiqə Məmmədova həmkarının təklifinə müsbət reaksiya verib. Nəticədə tərəflər bu gün keçirilən ümumi iclasda birləşmək qərarına gəliblər. 

 

Bəs, birləşən qurumlar hansı ad altında fəaliyyət göstərəcək və rəhbər kim olacaq?

 

Bu barədə Modern.az-a açıqlama verən Xalq artisti Rasim Balayev bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində işlər gedir.

 

“İttifaqın adı və sədrin kimliyi ilə bağlı işlər gedir. Ümumi qərardan sonra bizə məlumat veriləcək. Daha sonra toplantımız olacaq. Vahid ad altında birləşən təşkilatların sədrliyinə kimin gələcəyi daha sonra məlum olacaq, hazırda bununla bağlı konkret fikir bildirmək olmaz”, - deyə Xalq artisti vurğulayıb.

Bu xəbər ilə bağlı
Rasim Balayev və Şəfiqə Məmmədovanın ittifaqları birləşir - QƏRAR VERİLDİ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu