Modern.az

Lənkəranda ağır qəza - Yaralılardan biri vəzifəli şəxsdir

Lənkəranda ağır qəza - Yaralılardan biri vəzifəli şəxsdir

Hadisə

26 İyul 2023, 11:55

Bu gün səhər Lənkəranda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlar, "Mercedes" markalı avtomobilin sürücüsü Lənkəran rayonunun Vilvan kənd sakini 1988-ci il təvəllüdlü Sadik Rzayev, "Niva" markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Lənkəran rayonunun Köhnəgəgir kənd sakini Allahverdi İbrahimov və sərnişinlər - 1970-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Allahverdiyev Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, eləcə də iki azyaşlı - 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevdir.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

"Niva" markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov Köhnəgəgir kənd ərazi dairəsi üzrə icra nümayəndəsidir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər