Modern.az

Sabiq icra başçısı azadlığa BURAXILDI

Sabiq icra başçısı azadlığa BURAXILDI

Ölkə

26 İyul 2023, 12:06

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.

 

Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib.

 

Nizami rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib.

 

Bakı Apellyasiya Məhkəməsində hakim ElmarRəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb.

 

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

 

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

 

Onu da bildirək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım