Modern.az

Abituriyentlərə MÜJDƏ - IV qrupda keçid balı aşağı salındı

Abituriyentlərə MÜJDƏ - IV qrupda keçid balı aşağı salındı

Təhsil

30 İyul 2013, 18:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Modern.az-ın xəbərinə görə, TQDK bəyan edib ki, IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım