Modern.az

IV qrupda 700 bal toplayanların ADLARI bəlli oldu

IV qrupda 700 bal toplayanların ADLARI bəlli oldu

Təhsil

30 İyul 2013, 18:49

IV ixtisas qrupu üzrə 700 bal toplayan iki nəfərin kimliyi artıq məlumdur. Bu barədə Modern.az saytına açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, onlardan biri Müslümov Osman Bakı şəhəri 98 saylı orta məktəbin məzunudur.

Digər 700 bal toplayan abituriyent Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Paşazadə Aytəndir.

Qeyd edək ki, IV qrupun imtahanları Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb .

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım