Modern.az

Bakıda 21 yaşlı gənc qətlə yetirildi

Bakıda 21 yaşlı gənc qətlə yetirildi

26 İyul 2023, 13:46

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

 

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu