Ali məktəblərə keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu qrup üzrə isə iki nəfər 700 bal toplayıb.
Onlardan biri Bakı şəhəri, 98 saylı orta məktəbin məzunu Osman Müslümov ilk təssüratlarını Modern.az-la bölüşüb.
Həyacanlı və sevincli olduğunu gizlətməyən Osman test imtahanından yüksək nəticə gözləyirmiş.
“Dəqiq 700 bal toplayacağıma inanmırdım, amma yüksək nəticə göstərəcəyimə həmişə əmin olmuşam. Çünki sınaq imtahanlarında hər zaman 600-dən yuxarı bal toplamışam”.
Osman bu nəticəni əldə etmək üçün 2 il “Araz” kurslarında hazırlaşdığını bildirib.
“Hazırda çox həyacanlıyam və sənədlərimi hara verəcəyimi düşünməmişəm. Xaricdə və ya Azərbaycanda oxumaq barədə də qərar verməmişəm”.
Osman onu ilk təbrik edənlərin yaxın dostları olduğunu bildirib.
Qeyd edək ki, IV ixtisas qrupu üzrə ikinci yüksək nəticə göstərən abituriyent Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Paşazadə Aytəndir.
Aytən ƏLİYEVA