Bir neçə gündür “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl və “Meydan” TV-nin rəhbəri, keçmiş məhbus Emin Milli ilə “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qalmaqal taşanır. Tərəflər Facebook sosial şəbəkəsində bir-birlərinin ünvanına təhqirlərlə dolu ittihamlar irəli sürürlər.
Belə ittihamların birində Eynulla Fətullayev Emin Millini həbsxanada olarkən vəkili Elton Quliyevin qabağında ağlamaqda, hökumətdən əfv diləməkdə qınayıb.
Modern.az saytının xəbərinə görə, nəhayət vəkil Elton Quliyev də olaya müdaxilə edərək öz münasibətini açıqlayıb.
”Həbsdə olduğu müddətdə Emin Millinin ağladığını görməmişəm və o, heç vaxt əfvlə əlaqədar nəinki heç kimə müraciət edib, digərlərinin də bu məzmunda müraciətlərinin qarşısını alıb. Bir ondan heyfslənib ki, azadlığa tez buraxılmış olsa, oxuyub sona çatdırmadığı kitablar qalacaq”-deyən Elton Quliyev bununla Eynulla Fətullayevin iddilarını təkzib edib.
Modern.az