Modern.az

Cəbhə xəttində növbəti monitorinq keçiriləcək

Cəbhə xəttində növbəti monitorinq keçiriləcək

Təhsil

31 İyul 2013, 10:02

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 1-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu badərə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq keçirəcəklər.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım