Modern.az

Honkonqa gedən təyyarə Bakıya təcili eniş etdi 

Honkonqa gedən təyyarə Bakıya təcili eniş etdi 

Aktual

26 İyul 2023, 22:35

"Cathay Pacific" aviaşirkətinin Sürix-Honqkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

 

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

 

"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.

 

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et