Modern.az

Məşhur müğənni vəfat etdi 

Məşhur müğənni vəfat etdi 

Dünya

26 İyul 2023, 23:37

Məşhur irlandiyalı müğənni Sinead Okonnor vəfat edib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

 

Müğənninin ölüm səbəbi hələlik məlum deyil.

 

Okonnor 1990-cı ildə "Nothing Compares 2 U" albomu ilə dünya şöhrəti qazanıb. Onun ifa etdiyi mahnıya çəkilən klip 90-cı illərin ən məşhur videolarından biridir. 

 

Müğənni 8 dekabr 1966-cı ildə Dublində anadan olub. Səkkiz yaşında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalıb. O, 15 yaşında mağazadan oğurluq etdiyi üçün uşaq evinə düşüb. Məhz uşaq evində musiqi yazmağa başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı