Modern.az

Daşkənddə ZƏLZƏLƏ

Daşkənddə ZƏLZƏLƏ

Aktual

27 İyul 2023, 07:55

Özbəkistanın Daşkənd vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozların Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Daşkənddən 27 km aralıda, şimal-qərb istiqamətində yerləşib. Zəlzələnin episentrində maqnitudası 4 bal olub”, - məlumatda deyilir.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Zəlzələnin episentrinin Qazaxıstanın Türküstan vilayətinin Keles rayonu ərazisində yerləşdiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et