Modern.az

Nigerdə prezidentin devrilməsi təsdiqləndi

Nigerdə prezidentin devrilməsi təsdiqləndi

27 İyul 2023, 08:24

Niger Respublikasının hərbçiləri Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” hərbçilərin milli televiziyada verdiyi açıqlamaya istinadən məlumat yayıb.

 

“Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - agentlik hərbçilərin sözlərindən sitat gətirib.

 

Xatırladaq ki, Niger prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Yerli mətbuatın məlumatına görə, prezident Məhəmməd Bazum üsyançılar tərəfindən saxlanılır, onların sayı məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı