Modern.az

Rəsul Quliyev prezidentlik iddiasında: “Mənə vahid namizəd olmaq lazım deyil”

Rəsul Quliyev prezidentlik iddiasında: “Mənə vahid namizəd olmaq lazım deyil”

Ölkə

31 İyul 2013, 10:23

“Ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəyəm və udacağam, mənə vahid namizəd olmaq lazım deyil”. Bu fikirləri Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Rəsul Quliyev qarşıdakı prezident seçkilərində mümkün iştirakına dair Modern.az saytının suallarını cavablandırarkən bildirib. Eks-spiker iddia edib ki, Azərbaycana qayıdacağı təqdirdə seçkilərə qatılıb, qalib gəlmək əzmindədir.
R.Quliyev həmçinin Milli Şura üzvlərini mübarizə aparmağa səsləyib: “Mənim namizədliyimi irəli sürmək məsələsinə gəldikdə, “heç bir bazası olmayan” ifadəsi demoqoqiyadan başqa bir şey deyildir. Mən artıq “Rüstəm İbrahimbəyov nəyə görə vahid namizəd olmalıdır və o, qeydiyyata alınmasa, seçkilərin keçirilməsinə imkan vermək olmaz” kimi fikirlərimi dəfələrlə söyləmişəm. Azərbaycanda azad seçki keçirmək uğrunda mübarizə aparmaq lazımdır və ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəyəm və udacağam, mənə vahid namizəd olmaq lazım deyil”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi