Modern.az

Türkiyə 1 milyon qaçqını Suriyaya qaytaracaq

Türkiyə 1 milyon qaçqını Suriyaya qaytaracaq

27 İyul 2023, 08:50

Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

 

Onun sözlərinə görə, qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək.

 

"Bu günə kimi 600 mindən çox məcburi köçkün ölkəyə qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq”, - Ərdoğan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı