Modern.az

Azərbaycanlı həkimlər Laçında erməniləri müayinə etdilər - VİDEO

Azərbaycanlı həkimlər Laçında erməniləri müayinə etdilər - VİDEO

27 İyul 2023, 13:52

Xəbər verdiyimiz kimi, iyulun 27-də Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin yeddi nəqliyyat vasitəsinin və 34 nəfərin qeydiyyatı aparılaraq onların “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.

 

Modern.az bildirir ki, sərhəddə qeydə alınanlardan 11 nəfər BQXK əməkdaşı, 12 xəstə, 10 nəfər onları müşayiət edən şəxs və bir nəfər tibb bacısı olub.

 

 Məlumata görə, 12 xəstə azərbaycanlı həkimlər tərəfindən müayinə olunub.

 

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI