Modern.az

Putin Afrika ölkələrinə pulsuz taxıl vəd etdi

Putin Afrika ölkələrinə pulsuz taxıl vəd etdi

Dünya

27 İyul 2023, 14:12

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə Putin Sankt-Peterburqda keçirilən Afrika ölkələrinin liderlərinin iştirak etdiyi Rusiya-Afrika sammitində bildirib.

 

Onun sözlərinə görə, Rusiya Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə bilər və Moskva üç-dörd ay ərzində altı ölkəyə pulsuz taxıl tədarük etməyə hazırdır.

 

Putin altı ölkə siyahısında Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın adını çəkib. Onların hər biri 25-50 min ton taxıl əldə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı