Modern.az

Priqojin maliyyə problemləri yaşayır - Qərb kəşfiyyatı

Priqojin maliyyə problemləri yaşayır - Qərb kəşfiyyatı

27 İyul 2023, 14:40

Rusiyanın "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin ciddi maliyyə problemləri yaşayır.

 

Modern.az xəbər verir ki, BBC adının açıqlanmasını istəməyən Qərb kəşfiyyat mənbəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Priqojin Rusiya daxilində və xaricində aktivlərini satır və "Vaqner" işçilərinin sayını azaldır.

 

"Onun pul axını ilə bağlı problemləri var", - deyə açıqlamada bildirilir.

 

Mənbə onu da əlavə edib ki, hazırda Belarusda olan Priqojinin son həftələrdə hərəkətləri olduqca məhdud olub.

 

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

 

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı