Modern.az

Nazir Qusarda vətəndaşlarla görüşəcək

Nazir Qusarda vətəndaşlarla görüşəcək

Aktual

27 İyul 2023, 13:36

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonlarının sakinləri ilə görüşəcək.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı avqustun 9-dək yaşadıqları ərazinin polis orqanına, habelə qurumun mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et