IV ixtisas qrupu üzrə 700 bal toplayan iki abituriyentdən biri Aytən Paşazadə Mingəçevir şəhəri 7 saylı orta məktəbin məzunudur.
Modern.az-a açıqlamasında o, qəbul imtahanından 700 bal toplayacağına öncədən əmin olduğunu bildirib. “Düzdür, tərəddüdlərim var idi”.
Aytən Paşazadə iki il fərdi repetitor yanına gedib. “İndi dövlət hesabına olsa, xaricdə oxumaq istərdim. Məsələn, İngiltərə, Almaniya, Türkiyə seçimlərim arasındadır. Təhsil Nazirliyinə müraciət edəcəyəm. Olmasa, Tibb Universitetində ali təhsilimi başa vuracam”.
O, orta məktəbdə oxuyarkən hər zaman yüksək nəticələr göstərdiyini, fənn olimpiadalarında ilk üçlükdə, əksərən isə birinci olduğunu vurğulayıb.
“Qızıl və ya gümüş medala isə adım namizəd göstərilməmişdi və heç özüm də istəmirdim”.
Aytən Əliyeva