“Milli Şura Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı davamlı olaraq məlumatlar alır”. Bunu
Modern.az-a açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Razi Nurullayev qurumun vahid namizədinin Azərbaycana qayıtmaq məsələsinin perspektivini şərh edərkən deyib. Nurullayev Rüstəm İbrahimbəyovun Milli Şuranın qərar verəcəyi təqdirdə Azərbaycana dönəcəyi ilə bağlı fikirlərinii şərh edərək deyib ki, bütün əngəllər aradan qalxandan sonra onun dönüşü ilə bağlı qurumun növbəti sessiyasında qəti qərar qəbul olunacaq.
“Bundan sonra Rüstəm İbrahimbəyova məlumat veriləcək. Bu rəsmi surətdə həyata keçiriləcəyindən onun qarşılanması, yerləşdirilməsi və qorunması məsələləri də öz həllini tapacaq”.
AXCP sədrinin müavini onu da qeyd edib ki, bu həftə Milli Şuranın növbəti sessiyası keçirilə bilər. Xatırladaq ki, Milli Şuranın Tiflis toplantısında qurumun sədri və vahid namizədi Azərbaycana qayıda bilməməyi səbəblərinə aydınlıq gətirib. “Vətəndaşlıqla bağlı sənədlərim hələlik qaydasında olmadığı üçün mən avqustun 1-də Moskvaya dönməliyəm. Milli Şura nə zaman mənim Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəm”, – deyə R. İbrahimbəyov bildirib.
Aqşin Kərimov