Əks-hücum əməliyyatının birinci mərhələsində yaşanan uğursuzluqlar Ukraynanı taktikanı dəyişməyə məcbur edib.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Qəzatə müsahibə verən ukraynalı hərbçilər əks-hücumun ilk günlərini “xaos” kimi xarakterizə edirlər. Qısa müddət sonra hücum cəhdləri xilasetmə əməliyyatlarına çevrilib.
Nəşrin məlumatına görə, ilkin mərhələdə Ukrayna NATO-nun verdiyi silahların təxminən beşdə birini itirib. Nəticədə Kiyev taktikasını dəyişib və hazırda döyüş meydanında müəyyən nəzərəçarpacaq nəticələr əldə edilir.
Ukrayna hərbçiləri hücum hərəkətləri əvəzinə kütləvi artilleriyadan istifadəyə keçib. Bu, ağır itkilər olmadan taktiki uğur əldə etməyə imkan verir.
Qəzet qeyd edir ki, taktikanın dəyişməsindən sonra Ukraynanın şəxsi heyət və texnika itkisi əvvəlki günlərlə müqayisədə azalıb.