Modern.az

Yaponiya Rusiyaya hibrid maşın satmayacaq - QADAĞA

Yaponiya Rusiyaya hibrid maşın satmayacaq - QADAĞA

28 İyul 2023, 08:24

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.


Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura bildirib.


Onun sözlərinə görə, məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək.

 

Nişimura qeyd edib ki, Yaponiya beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxından işləməyə davam edərək Rusiyaya qarşı qoyulan məhdudiyyətlərə ciddi şəkildə əməl etmək üçün lazım olan hər şeyi edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı