Modern.az

İslam ölkələri fövqəladə iclas çağırdı - SƏBƏB

İslam ölkələri fövqəladə iclas çağırdı - SƏBƏB

28 İyul 2023, 08:30

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 31-də üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə virtual sessiyasını keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yer alıb.

 

Bildirilib ki, sessiya Səudiyyə Ərəbistanı Krallığının tələbi əsasında təşkil ediləcək.

 

İslam ölkələrinin nazirləri 14-cü İslam Zirvə görüşü ərəfəsində İsveç və Danimarkada “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsi və yandırılması ilə bağlı təkrarlanan hadisələri müzakirə edəcəklər.

 

Sessiyada İƏT-in Baş katibi Hissein Brahim Taha dünya ölkələrinə müraciət edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı