ABŞ hakimiyyəti bu gün, iyulun 28-də Tayvana hərbi yardım paketini təqdim edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, paketin dəyəri təxminən 330 milyon dollardır.
Təhvil veriləcək silahların konkret siyahısı rəsmi olaraq açıqlanmayacaq. Agentlik qeyd edib ki, paketə dörd MQ-9A pilotsuz uçuş aparatı daxil olacaq.
Qeyd edək ki, ABŞ-ın Tayvana yardımları Çinin etirazına səbəb olur. İyun ayında ABŞ-ın dövlət katibi Entoni Blinken Pekinə səfəri zamanı Çin hakimiyyətini əmin edib ki, Vaşinqton Tayvanın müstəqilliyini dəstəkləmir və Pekinlə münaqişə etmək istəmir.