Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkədə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü institutu formalaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, indiyədək 34 min 961 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunub.