Rusiya İstehlak Mallarına Nəzarət qrumu Ukrayna istehsalı olan məhsullarının yoxlanışına başlayıb. Modern.az xəbər verir ki, bu barədə qrumun rəhbəri Qennadiy Onişenko Ria Novosti-yə məlumat verib. Məlumata görə Rusiyanın baş sanitar həkimi dəqiq olaraq hansı firma və şirkətlərin yoxlamadan keçəcəyini bildirməyib.
Xatırladaq ki, iyulun 29-da Ukraynanın Roshen qənnadı şirkətində keyfiyyət və audit yoxlaması aparıb. Keyfiyyət pozuntusuna yol verildiyi üçün şirkətin məhsul istehsalına qadağa qoyulub.
Elçin MURAD