Modern.az

Kolleclərə ixtisas seçiminın vaxtı bilindi

Kolleclərə ixtisas seçiminın vaxtı bilindi

Təhsil

28 İyul 2023, 11:30

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, ixtisas seçimi 31 iyul - 7 avqust tarixlərində aparılacaq.

 

Qeyd edək ki, "Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.

 

Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...