Modern.az

Nazirlik abituriyentləri Azərbaycanda yeni yaradılan universitetə çağırdı

Nazirlik abituriyentləri Azərbaycanda yeni yaradılan universitetə çağırdı

Təhsil

31 İyul 2013, 14:24

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə  dəvət edib. Modern.az saytının məlumatına görə, nazirliyin bununla bağlı elanında deyilir:

- XXI  əsr informasiya texnologiyaları,   informasiya cəmiyyəti əsridir.  Əgər siz  bu cəmiyyətin qurucusu olmaq istəyirsinizsə, İnformasiya Texnologiyaları Universitetini seçin.

İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikası Prezidentinin       01 fevral 2013-cü il tarixli Sərəncamı ilə yaradılıb və 2013/2014-cü tədris ilində  bakalavr səviyyəsində dövlət sifarişi əsasında aşağıdakı ixtisaslar üzrə  mütəxəssis  hazırlığı həyata keçirəcək:

Ø     İnformasiya təhlükəsizliyi

Ø     Kompüter elmləri

Ø     Kompüter mühəndisliyi

Ø     İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı  və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.

Ünvan:  AZ1008 Bakı şəh., Əhmədbəy Ağaoğlu küçəsi, 11 (“Gənclik” 

               metrosunun yanı).

Abituriyentlər İT Universitetini seçməklə əlavə olaraq əldə edirlər:

·     600-dən  yuxarı bal toplamış hər bir abituriyentə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  tərəfindən 1 NOTEBOOK ;

·     Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı;

·     Universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması;

·     Universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi;

·      Müxtəlif  həvəsləndirici mükafatlar  (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım