Modern.az

Mütəxəssis: “Gelfe” ilə “Qarabağ” ehtiyatlı oynamalıdır”

Mütəxəssis: “Gelfe” ilə “Qarabağ” ehtiyatlı oynamalıdır”

Təhsil

31 İyul 2013, 15:05


Sabah “Qarabağ” klubu Avroliqa çərçivəsində İsveçin “Gelfe” komandası ilə ilk görüşünü keçirəcək. Azərbaycanın əməkdar baş məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın şanslarını dəyərləndirərkən Modern.az-a bildirib ki, ağdamlılar bu oyunda öz oyununu oynamalıdırlar. “Unutmamalıdırlar ki, rəqib öz meydanında daha yaxşı oynayır. Hesab edirəm ki, “Qarabağ” rəqib haqqında lazımi informasiya toplaya bilib. Məşiçi Elçin Rəhmanov da onların oyununa baxıb. Bu çox önəmli məqamdır. Ümumiyyətlə, “Gelfe” elə də güclü komanda deyil. Biz “Qarabağ”a çox inanırıq. Amma nəzərə almalıyıq ki, sabah “Gelfe” məşqçisinin ad günüdür. Ona görə də rəqiblər ”Qarabağ”ın qapısına səylə yol axtaracaqlar ki, qol vurmaqla məşqçiyə yubiley hədiyyəsi etsinlər”.

Xatırladaq ki, “Qarabağ-“Gelfe” oyunu saat 21:00-da Tofiq Bəhranov adına Respublika stadionunda keçiriləcək.

Abbas Qəmli

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım