Modern.az

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

28 İyul 2023, 16:56

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

 

Polis əməkdaşları həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samidi müəyyən edib. O, həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu