Modern.az

Gürcülər rus gəmisini ölkəyə buraxmadı - FOTOLAR

Gürcülər rus gəmisini ölkəyə buraxmadı - FOTOLAR

28 İyul 2023, 17:02

Əksəriyyəti Rusiya vətəndaşları olan 850-yə yaxın turisti daşıyan "Astoria Grande" kruiz gəmisi Gürcüstana buraxılmayıb.

 

Modern.az xəbər verir ki, Gürcüstan müxalifəti və fəallar gəminin Batumi limanına daxil olmasına qarşı etiraz aksiyası keçirib.

 

Aksiya iştirakçıları “Rus gəmisi, get... ”, “ Abxaziya Gürcüstandır ” şüarları səsləndirib, həmçinin Abxaziya və 2008-ci ilin avqust müharibəsi hadisələrini əks etdirən fotoşəkillər göstəriblər.

 

Gəmi Türkiyənin “Miray Cruises” şirkətinin nəzarəti altında və Palau bayrağı altında Soçidən İstanbula və əks istiqamətdə üzür. Turistlərin çoxunun əvvəllər işğal altında olan Abxaziyada olduqları bildirilir.

 

Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəkləyib: “Mən Rusiyanın yeni təxribatına – Rusiya gəmisinin Gürcüstanın Batumi limanına daxil olmasına etiraz edən xalqımızla fəxr edirəm”. Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə etirazçıları tənqid edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı