Modern.az

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı kampaniyanı yekunlaşdırıb

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı kampaniyanı yekunlaşdırıb

Təhsil

31 İyul 2013, 14:40

 “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı yaranmasının bir illiyi  münasibəti ilə elan etdiyi “Mədəni müxtəlifliklə bağlı sənin Sloqanın” adlı kampaniyasını yekunlaşıb. Modern.az-ın məlumatına görə, kampaniya ilə bağlı dünyanın müxtəlif ölkələrindən – Yunanıstan, Gürcüstan,  Ruminya, İraq,  Niderland, Moldova, Ukrayna, Avstraliya, Litva və digər ölkələrdən 50-dən çox  şüar göndərilib. Təşkilatın İdarə heyətində bu sloqanlar arasından növbəti il üçün şüarı seçiləcək. Digərlərindən isə təşkilatın gələcək layihələrində istifadə olunacaq. 

Kampaniya çərçivəsində mədəni müxtəliflik anlayışının gənclər arasında necə başa düşüldüyü barədə rəylər və sloqanlar toplanıb. Müxtəlif ölkələrdə yaşayan gənclərin göndərdiyi sloqanlar birlikdə nəhəng divara yazıılacaq.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin iştirakı ilə Azərbaycanda təsis edilib. Təşkilatın əsas hədəfi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni, humanitar sahədə əməkdaşlıq şəbəkəsini formalaşdırmaqdır.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım