Modern.az

Priqojin Afrikadakı çevrilişə dəstək verdi

Priqojin Afrikadakı çevrilişə dəstək verdi

28 İyul 2023, 17:16

Rusiyanın "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Vaqner"lə əlaqəli teleqram kanalları məlumat yayıb.

 

O, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara "Vaqner"in xidmətlərini təklif edib. Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib. "Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil", - muzdluların lideri deyir.

 

Niger prezident qvardiyası iyulun 27-nə keçən gecə dövlət başçısının və ailəsinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Daha sonra Niger ordusunun komandanlığı üsyançılara dəstək verib. 

 

Nigerin prezident qvardiyasının rəhbəri general Abdurahman Çiani milli televiziyada ölkədə çevriliş həyata keçirən qiyamçılar adından danışıb. Çiani özünü Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı elan edib.

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı