Modern.az

SOCAR-ın 5 vitse-prezidenti işdən ÇIXARILDI

SOCAR-ın 5 vitse-prezidenti işdən ÇIXARILDI

Ölkə

28 İyul 2023, 17:17

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 5 vitse-prezidenti vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov və Süleyman Mehrəli oğlu Qasımov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olunub.

 

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım