Modern.az

Soydaşımız Ukraynanın Türkiyədəki fəxri konsulu oldu

Soydaşımız Ukraynanın Türkiyədəki fəxri konsulu oldu

Ölkə

28 İyul 2023, 21:40

Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətində Ukraynanın fəxri konsulluğu açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, azərbaycan əsilli türk iş adamı Bilal Əhmədov fəxri konsul təyin olunub.

 

“Tekirdağ vilayətində 3 liman var və mən inanıram ki, xüsusilə bu istiqamətdə, eləcə də digər istiqamətlərdəki fəaliyyətlər Ukraynaya xüsusi fayda verəcək”, - Əhmədov təyin olunması münasibətilə deyib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım