Modern.az

Erməni zabit rüşvətə görə həbs edildi

Erməni zabit rüşvətə görə həbs edildi

28 İyul 2023, 23:20

Ermənistan ordusunun zabiti rüşvət ittihamı ilə həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

 

Adı açıqlanmayan hərbçi 6 milyon dram (15,5 min dollar) rüşvət almaqda ittiham olunur.

 

O, oğlunu hərbi xidmətə yararsız göstərmək istəyən şəxsdən rüşvət alıb 

 

Çağırışçının atası və məmur saxlanılıb. Hərbçi həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı