Modern.az

"Laçın" hücum təyyarəsinin sınaq uçuşları keçirildi - FOTO

Ölkə

29 İyul 2023, 13:05

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

 

"Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş "Laçın") təyyarəsinin sınaq uçuşları keçirilib.

 

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

 

Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi ("Laçın") müqaviləsinin imzalanma mərasimi” keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım