Modern.az

Bakıda “Gənclər Ev”inin sayı 5-ə çatacaq - FOTO

Bakıda “Gənclər Ev”inin sayı 5-ə çatacaq - FOTO

Təhsil

31 İyul 2013, 16:35

“Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə Azərbaycan gənclik, mədəniyyət, incəsənət və elm Evi (Gənclər Evi) layihəsini həyata keçirməyə başlayıb. Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyində “Gənclər Evi”nin ilk hesabatı keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları üzrə Milli Şuranın sədri Şahin Seyidzadə, “Dünya Türk Gəncləri” Birliyinin sədri Əkrəm Abdullayev və “Gənclər Evi”nin rəhbəri Elşad Abdullayev iştirak ediblər. Hesabat tədbirində çıxış edən Elşad Abdullayev “Gənclər Evi”nin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, layihə Gənclər və İdman Nazirliyinə təqdim olunub və bəyənilib. “Gənclər Evi”nin açılışında gənclər və idman naziri Azad Rəhimov iştirak edib. Elşad Abdullayev qeyd edib ki, layihənin keçirilməsində məqsəd, gənclər üçün müxtəlif tədbirlərin keçirilməsi, onların sosial, ictimai, mədəni, bədii, elmi sahələrdə fəaliyyətlərində fərdi inkişaflarına kömək etmək, ödənişsiz şəkildə ingilis, fransız, alman, rus dilləri, kompüter və kompüter təlimçi kurslarının öyrədilməsidir. Tədbir zamanı “Gənclər Evi”ndə işləyən müəllimlər üçün sertifikat verilib. Həmin sertifikatları İntiqam Babayev və Şahin Seyidzadə müəllimlərə təqdim edib. Nazir müavini İntiqam Babayev bildirib ki, yaxın 2 il ərzində Bakı şəhərində ən azı 5 “Gənclər Evi“ fəaliyyətə başlayacaq.



Ulduz İBRAHİMOVA 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım