Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinə gedib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalından yazıb.
Zelenski hərbçilərlə görüşüb, əməliyyat şəraiti ilə tanış olub.
O, göstərdikləri qəhrəmanlığa görə ukraynalı hərbçilərə təşəkkür edib.