Modern.az

Dini mərasimə qatılan azyaşlıların valideynləri cəzalandırıldı 

Dini mərasimə qatılan azyaşlıların valideynləri cəzalandırıldı 

Ölkə

29 İyul 2023, 14:58

Naxçıvanda dini mərasimə qatılan azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.

 

Bu barədə DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

 

Həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

 

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım