Modern.az

Azərbaycan ilk medalını qazandı 

Azərbaycan ilk medalını qazandı 

İdman

29 İyul 2023, 15:19

Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.

 

Modern.az xəbər verir ki, 48 kq-da mübarizə aparan cüdoçu Leyla Əliyeva bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.

 

Avqustun 8-dək davam edəcək yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi