Modern.az

Polis Bəxtiyar Hacıyevi saxladı

Polis Bəxtiyar Hacıyevi saxladı

Təhsil

31 İyul 2013, 18:09

Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılması təsdiqlənib. Modern.az APA-ya  istinadən bildirir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən  Bəxtiyar Hacıyevin hazırda bölmədə saxlanıldığı deyilib. Qeyd edilib ki, B. Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər: “Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz çəkiliş aparıb. Çəkilişin hansı məqsədlə aparılmasını müəyyən etmək üçün o polis bölməsinə dəvət edilib. Araşdırma başa çatandan sonra həmin şəxs sərbəst buraxılacaq”. 

Qeyd edək ki, B. Hacıyev öz “Facebook” səhifəsində polis tərəfindən saxlanılması barədə status yayıb: "Polis vətəndaşı döyəndə fotosunu çəkirdim, 18 sayli Nerimanov polis şöbesinə aparırlar məni də, döyülən vətəndaşı da."

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım