Modern.az

Ceyhun Səfərov “Space TV”dən getdi

Ceyhun Səfərov “Space TV”dən getdi

Ölkə

30 İyul 2023, 00:36

Tanınmış telejurnalist Ceyhun Səfərov “Space TV”dəki işindən ayrılıb.

 

Modern.az xəbər verir ki, C.Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat verib.

 

“Bir müddət Space TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmakarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə "Space"dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni "Space"də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. Space TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”, - telejurnalist əlavə edib

Qeyd edək ki, C.Səfərov hazırda “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım