Modern.az

Atletimiz Berlində birinci yeri tutdu

Atletimiz Berlində birinci yeri tutdu

30 İyul 2023, 22:47

Almaniyada təşkil olunan Dünya Kontinental Turu çərçivəsində 30-cu “Midsommar - Charlottenburger-Mittsommernacht” yarışında Azərbaycan təmsilçisi Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb.

 

Modern.az xəbər verir ki, Sarıyeva Berlində keçirilən yarışda üç təkanla tullanma üzrə 13.33 metr nəticə göstərib.

 

Bu göstərici ilə atletimiz birinci yeri tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi